Palata sədri: "Büdcə zərfi"ndə inflyasiya üzrə risklər barədə açıqlamalar verilməlidir"

media-hightechnic-468x90

“Büdcə zərfi”ndə yalnız neftin qiyməti üzrə ssenarilər əsasında fiskal parametrlər şərh edilmiş, iqtisadiyyatın qeyri neft-qaz sektoru, eləcə də inflyasiya üzrə risklər və ssenarilər barədə açıqlamalar verilməsini təklif edirik.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov bildirib ki, dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına növbəti ildə maliyyələşdirilməsi nəzərdə tutulan 194 layihənin ümumi dəyəri 17,7 mlrd. manatdır. Vəsaitin 5 yeni, 189 keçid layihə üzrə nəzərdə tutulub. Bununla yanaşı, qeyd etmək lazımdır ki, ümumi dəyəri 2,0 mlrd. manat təşkil edən 100 layihənin 2026-cı ildə başa çatdırılması üçün 661,5 mln. manat vəsait proqnozlaşdırılır.

Növbəti ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bir hissəsi (850,0 mln. manatı) beynəlxalq kreditor qurumların təqdim etdiyi kreditlər hesabına layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Cari ilin 9 ayında bu xərclərin icra səviyyəsi cəmi 13% təşkil etməklə büdcənin icrasından əhəmiyyətli dərəcədə geri qalır./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa