Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Palmali”dən Türkiyədə təhsil alan tələbələrə şad xəbər

Beş qitə, yeddi dənizdə fəaliyyət göstərən və dünyanın ilk on daşımaçılıq markasından biri olan “Palmali” Şirkətlər Qrupu növbəti dəfə Türkiyədə oxuyan azərbaycanlı tələbələri sevindirən qərara imza atıb.

Holdingdən Yenicag.az-a verilən xəbərə görə, bu il “Palmali” Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verməyi nəzərdə tutur.

Belə ki, aşağıdakı kriteriyalara uyğun ilk 100 tələbə bir il boyunca şirkət tərəfindən müəyyənləşdirilən təqaüdü alacaq:
– Bir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar;
– Şəhid ailəsi üzvü olanlar;
– Qarabağ müharibəsi qazilərinin yaxınları;
– Ağır maddi durumda olan ailələrin övladları.

Tələbələrdən bu əsas kriteriyalara uyğun sənədləri pasport və ya şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə xüsusi komissiyanın emailinə göndərmələri ([email protected]) rica olunur.

Gələn həftədən etibarən, sənədlər toplandıqdan sonra araşdırılacaq və fevral ayında şanslı 100 tələbə ilə təqaüd müqaviləsi bağlanacaq.

www.yenicag.az

7641
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM