Panasonic-dən yenilik

media-hightechnic-468x90

295737The Verge portalı yazır ki, Panasonic şirkəti Leica obyektivli DMC-CM1 smartfonunu istehsal edib.

CM1 aparatı, həmçinin birdüymlük sensorla təchiz edilib və 20 meqapiksellik təsvir ölçüsünə malikdir. Telefonun qalınlığı 21 mm, çəkisi isə 204 qr. təşkil edir. İstehsalçı qurğunu smartfon kimi deyil, smartfon funksiyaları ilə təchiz edilmiş fotoaparat kimi təsvir edir.

CM1 aparatında ekranın diaqonalı 4,7 düym təşkil edir. Qurğu 2,3 QHs takt tezlikli dördnüvəli Snapdragon 801 prosessoru və 2 QB əməli yaddaşla təchiz edilib. Smarfon 16 QB daxili yaddaşa malikdir və microSD kartı üçün slot nəzərdə tutulub.

İlin sonunda satışa çıxarılacaq. Qiyməti açıqlanmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600