“Panda kafe”də panda əvəzinə itləri boyayaraq baş aldatdılar.
Yenicag.az xəbər verir ki, Çinin Çendu şəhərindəki kafelərdən birində müştəriləri aldadaraq panda əvəzinə “çau-çau” cinsli itləri boyayıb nümayiş etdiriblər.
Kafedə baş verən hadisə ictimaiyyətin qəzəbinə səbəb olub.
Baytar həkimlər bilidirib ki, bu tip boyalar heyvanların dərisinə zərər vura bilər.
Kafe sahibləri isə açıqlamalarında qeyd edir ki, ancaq bahalı və keyfiyyətli boyalardan istifadə ediblər. Hər rənglənmə prosesi onlara təxminən 300 manata başa gəlib.