Türkiyəli jurnalistlər “Yeni Çağ”ı ziyarət etdilər – VİDEO

media-hightechnic-468x90

Türkiyə Jurnalistlər Cəmiyyətinin nümayəndə heyəti Bakıya rəsmi səfər edib.

Yenicag.az xəbər verir ki, heyətə Türkiyə Jurnalistlər Cəmiyyətinin sədr müavinləri Mustafa YoldaşAli Oruc, maliyyə katibi Əli Topçu, İdarə Heyətinin üzvü Zeynəb Gürcanlı, nəzarət heyətinin üzvü Figen Balcı, üzvlər Yıldıray Arslan, Korhan Ön və layihə əməkdaşı Nursu Yıldız daxil olub.

Nümayəndə heyəti səfər çərçivəsində “Yeni Çağ” Media Qrupunun redaksiyasının qonağı olub.

Türkiyə Jurnalistlər Cəmiyyətinin sədr müavini Ali Oruç Yenicag.az-a videomüsahibəsində deyib ki, səfər çox məhsuldar keçib.

“Məqsədimiz əməkdaşlıqları genişləndirmək, birliyimizi möhkəmləndirməkdən ibarətdir. Azərbaycanda, demək olar ki, bir ildən artıq fəaliyyət göstərmişəm. 2006-cı il son səfərimdən sonra indi yenə Bakıya gəldim və böyük dəyişiklik gördüm. Bakı Milandan, Venesiyadan, Paris və Avropanın bir çox şəhərindən daha gözəl olub”, – deyə o,bildirib.

Türkiyə Jurnalistlər Cəmiyyətinin İdarə Heyətinin üzvü Yıldıray Arslan isə bildirib ki, o, Azərbaycana gələn ilk türkiyəli jurnalistdir.

“1990-cı illərdən Azərbaycana gəlmişəm. Bu müddət ərzində Azərbaycanın necə inkişaf etdiyinin birbaşa şahidiyəm. Yarı azərbaycanlı olmaqdan hər zaman qürur duymuşam. İndidən sonra da məqsədimiz əməkdaşlıqlarımızı sağlam təməllərlə gücləndirməkdir”, – deyə o, qeyd edib.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600