“Qarabağ”ın bugünkü oyununa 25 min bilet satıldı

media-hightechnic-468x90

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la İrlandiyanın “Şelburn” komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, artıq oyuna 25000 bilet satılıb.

Biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100  manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

“iTicket.az”ın satış məntəqələri (“iTicket.az”da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu iyulun 30-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05