“Qarabağ” “Şelburn”a qalib gəldi - YENİLƏNDİ / VİDEO

media-hightechnic-468x90

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək./Report/

***20:46

Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında keçirilən cavab görüşü başlayıb.

***18:59

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Qarabağ”la İrlandiyanın “Şelburn” komandası arasında keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44 Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

“Şelburn”: 13. Vessel Spil, 4. Kameron Ledvic, 18. Ceyms Norris, 15. Samuel Boun, 24. Lyuis Templ, 5. Ellis Çapman, 8. Mark Koyl, 17. Daniel Kelli, 10. Con Martin, 23. Kerr Makinroy, 11. Ademipo Odubeko

Baş məşqçi: Cozef Obrayn

Qeyd edək ki, komandalar arasında ilk oyun “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu rəqibini mübarizədən kənarlaşdıracağı halda, III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa