Güləşçilərimiz dünya çempionatını 3 medalla başa vurdular

media-hightechnic-468x90

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Yenıcag.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışlar başa çatıb. Bu gün 3 güləşçimiz medal uğrunda mübarizə aparıb.

45 kq çəki dərəcəsində Abdurrahman Hüseynli bürünc medal uğrunda qarşılaşmada Ukrayna təmsilçisi Timur Məhərrəmova 9:0 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

51 kq-da Hikmət Haqverdiyev finalda özbəkistanlı Otabek Tursunova 1:4 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.

60 kq çəki dərəcəsində isə Əli Nəzərov dünya çempionu olub. O, finalda Qırğızıstan idmançısı Amangəldi Ysankbayevi 6:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz dünya çempionatını bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa