Paris Hilton, Lindsay Lohan və Mişel Rodrigezin ortaq nöqtəsi- Fotolar
ABŞ dünyadakı məhkum qadınların sayına görə, ilk sıradadır. Sözügedən ölkədə həbsxanada cəza çəkən məşhur qadınların əksəriyyəti narkotik, alkoqol və vergiyə görə, həbs ediliblər.
Yenicag.az xəbər verir ki, ABŞ-da həbsxana divarları arasında düşən məşhur qadınların siyahısının bir qismi aşağıdakı kimidir:
PARİS HİLTON – O, ABŞ kübarları arasında kifayət qədər ad-san qazanmış müğənnidir. Narkotik və alkoqol səbəbindən tez-tez polislə problem yaşayır. 2007-ci ildə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs edilən Hilton, narkotik istifadə etdiyi üçün dəfələrlə polis tərəfindən saxlanılıb.
LINDSAY LOHAN-Məşhur Hollivud ulduzlarından olan bu gənc qız 2011 –ci ildə bir zərgər dükanından 2 500 dollar dəyərində bir boyunbağı oğurlayır. Araşdırmalardan sonra o, 120 gün həbs və eyni zamanda məcburi icməlik işlərinə cəlb edilir. Lakin Lohan bu icməlik işindən boyun qaçırdığı üçün yenidən həbs edilir. 2012-ci ildə şəxsi avtomobili ilə qəza törətdiyi üçün yenə dəmir barmaqlıqlar arxasına göndərilir.
MARTHA STEAWART-ABŞ-da evdar qadınlara daim məsləhətlər verən və onlar üçün məişət əşyaları hazırlayan aparıcı Martha Steavart biznes sirrini açıqlaması nəticəsində 5 ay azadlıqdan məhrum edilir.
MİŞEL RODRİGEZ- “The Fast and the Furious” adlı filmlə məşhurlaşan aktrisa sərxoş halda avtomobil idarə etdiyi üçün dəfələrlə həbs edilib.Rodrigez son dəfə 2008-ci ildə 18 ay müddətinə azadlıqdan məhrum edilib.
LAUREN HILL-Qrammi mükafatının sahibi 2005-2007-ci illərdə 1.8 milyon dollar məbləğində vergidən yayındığı üçün 6 ayını həbsxana divarları arasında keçirib. Hill , musiqi karyerasına son qoyduğunu əsas gətirərək, vergi verməkdən imtina etdiyini açıqlamışdır.
Dünyanın ən sıx həbsxanaları
ABŞ-da “International Centre for Prison Studies” adlı qurumun apardığı araşdırmaya görə, sözügedən ölkədə 2 milyon 228 min 424 məhbus var. Bu rəqəm də sözsüz ki, ən sıx həbsxanaların ABŞ-da yerləşdiyini göstərir. ABŞ-da hər 100 min nəfərdən 716-sə məhkumdur. Dünyadakı 10. 2milyon məhbusun 25 %-i ABŞ-ın payına düşür. Bu rəqəm isə sadəcə dəhşətdir.
Statistikaya görə məhkumların 39,4 %-i qaradərililər, 20,6%-ni isə Latın Amerikalılar təşkil edir. 2013-cü ildən bəri ABŞ-da məhkum qadınların sayı 200 mini ötüb. Məhkum qadınların əksəriyyəti ağdərililərdir.
Yenicag.az