Parisi partladan qadın canlı bombanın ŞOK FOTOLARI – +18
Parisdəki canlı bombalardan birinin qadın olduğu ortaya çıxdı. Yenicag.az xəbər verir ki, fransız mətbuatı canlı bombanın Paris terrorunun təşkilatçısı Abdelhamid Abaaoudun qohumu, 26 yaşlı Hasna Ait Boulahcen olduğunu yazdı. Xəbərdə deyilir ki, Boulahcen dindar olmayıb, şahidlərin ifadəsinə görə, daha öncə heç vaxt Quran oxumayan qadın yüngül həyat tərzi ilə seçilib.
İngilis mediası isə terrorçu qadının çılpaq şəkillərini yayınlayıb.
Qeyd olunur ki, qadın terrorçu öncə polisə AK-47 markalı Kalaşnikov avtomatı ilə atəş açıb və daha sonra özünü partladaraq, havaya uçurub. Bu qadın Avropanın ilk qadın canlı bombası olaraq, tarixə düşüb.
Qadın polisləri yardıma çağırdıqdan sonra onlarla bərabər havaya uçub. Qonşularının sözlərinə görə, əyləncəni sevən və dindən tamamilə uzaq olan canlı bomba davamlı olaraq, spirtli içki qəbul edib.
Yenicag.az