Parlament “İŞİD-lə savaş”a xeyir-dua verdi
Türkiyə parlamenti İraq və Suriyada “İraq Şam İslam Dövləti”nə qarşı mübarizədə ordudan istifadə olunmasına razılıq verən layihəni qəbul edib.Bundan başqa, xarici ölkə silahlı qüvvələrinin Türkiyə ərazisində yerləşdirilməsinə də razılıq verib. Bu barədə razılaşma bir il ərzində qüvvədə olacaq.
Qeyd edək ki, İŞİD silahlıları Suriya ərazisindəki Süleyman Şah türbəsini qoruyan 20 türk əsgərini girov götürüb.
Bundan öncə Musulda türk diplomatlar əsir olduqları üçün İŞİD-ə qarşı silahlı mübarizədə tərəddüd edən Türkiyə hazırda yeni siyasi mövqe sərgiləyir.
İŞİD-ə qarşı mübarizənin ilk siqnalını ABŞ-dan qayıdarkən, Ərdoğan vermişdi.












