PARLAMENT SEÇKİLƏRİNDƏN SONRA HESABLAŞMA: "Həbsləri gözləniləndir"

media-hightechnic-468x90

“Parlament seçkilərindən sonra “Qarabağ klanı”nın həbsləri gözləniləndir.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

media-zeynal-emreliyev-esas

Politoloq Ermənistanda 2026-cı il parlament seçkilərindən sonra ona qarşı çox sərt mövqedən çıxış edən Köçəryan və Sarkisyanın həbs olunma ehtimalından danışıb:

“Ermənistanda parlament seçkiləri öncəsində siyasi vəziyyət olduqca gərginləşir. Faktiki olaraq hakimiyyət öz daxilində müxalifətlə hesablaşma missiyasını həyata keçirir. Tək müxalifətlə deyil, həmçinin kilsə ilə, həm də diaspora ilə hesablaşma siyasəti həyata keçirilir. Bunlar da ona qarşı müxalif mövqedə dayanan qüvvələrdir. Biz əvvəl həm kilsəyə qarşı, həm də müxalifətə qarşı müəyyən həbslərin şahidi olmuşuq və böyük ehtimalla bu həbslər davam edəcək. Kim Ermənistanda Nikol Paşinyana mane olmağa çalışırsa, onların həbsi prosesi davam edəcək. Müxalifətin içindən əsasən “Qarabağ klanı” hazırda hədəfdədir. Bu sıyahıda Ohanyan, Köçəryan və Sarkisyanın adı daha çox çəkilir. Onları həbs etmək Paşinyan üçün çətin şey deyil. Çünki bu şəxslər hakimiyyətdə olduqları 20 ilə yaxın müddətdə kifayət qədər korrupsiyaya bulaşmışlar. Bu həbslərin motivlərində siyasi amillər də olacaq, amma nəzərə alaq ki, hər üç şəxs vəzifədə olarkən Ermənistan xalqı qarşısında müxtəlif cinayətlər törədib.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa