Partiya içində qurultay SAVAŞI: CHP ilə bağlı böhran DƏRİNLƏŞİR

media-hightechnic-468x90

Türkiyə hökuməti CHP-nin İstanbul ofisinin qarşısını blokadaya alıb. CHP İstanbul Gənclik Qolunun çağırışının ardından partiyanın İstanbuldakı Baş Qərargahının qarşısında gərgin anlar yaşanıb. Əraziyə çoxlu sayda çevik qüvvət qrupları göndərilib, polis qərargahı mühasirəyə alaraq ora gedən yolları bağlayıb. CHP rəsmiləri ilə polis arasında mübahisə düşüb.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında siyasi şərhçi Alihan Limoncuoğlu deyib ki, CHP-də baş verən son hadisələr, əslində, bir prosesin davamıdır.

media-marmara-universitesi-ogretim-uyesi-dr-alihan-17772546_6149_amp

“Korrupsiya əməliyyatı çərçivəsində CHP-nin keçirdiyi qurultayla bağlı müəyyən məlumatların ələ keçirildiyi görünür. Bu məlumatların üzə çıxmasından sonra həm İstanbul Qurultayı, həm də Böyük Qurultayla bağlı problemlərin olduğu deyilir. Bunun ardınca da müəyyən təyinatlar həyata keçirilib. Əgər CHP iddia etdiyi kimi, sərt və avtoritar bir hökumətlə mübarizə aparırsa, ona uyğun şəkildə hərəkət etməlidir. Nəticə etibarilə, bunların baş verməsi normaldır. Etiraz isə təbii ki, demokratik bir haqdır və ondan istifadə olunmalıdır”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa