Partladılan bina tam sökülüb

media-hightechnic-468x90
t6t6Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının yerləşdiyi bina (Tələt Şıxəliyev küçəsi, 8) martın 6-na keçən gecə bütünlüklə sökülüb. Bu ünvanda yerləşən digər ailələr də köçürülüb.
Martın 3-də AXCP qərargahının yerləşdiyi binanın zirzəmisində partlayış olub. AXCP partlayışın qəsdən törədildiyini bildirib. Evin sahibi, Türkiyədə yaşayan Azər Əsgərov partlayışın rəsmi şəxslər tərəfindən törədildiyini deyib. Onun sözlərinə görə, AXCP-nin binadan çıxarılması ilə bağlı ona təzyiqlər edilib və evinin partladılacağı ilə hədələnib.
Öz növbəsində Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında deyilir ki, zirzəmidə qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istifadə edilməməsi nəticəsində baş verdiyini göstərir.

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600