Partlayış nəticəsində 10 nəfər öldü

Əfqanıstanın Məzari-Şərif şəhərində baş verən partlayış azı 10 nəfərin ölümünə səbəb olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat verib.

10 nəfərin öldüyü partlayışda 3 uşaq və 2 qadının olduğu qeyd edilir. Yaralılar haqqında isə məlumat verilməyib.

İlkin məlumatlara görə, partlayışa səbəb yaxınlığda olan mina olub.