Yusif Mustafayev: “Camaatın toya pul salmağa imkanı yoxdur, niyə əziyyət verim?”

media-hightechnic-468x90

“Camaatın toya salmağa pulu yoxdur, niyə ad günü keçirib onlara əziyyət verim ki?”

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Qonaqcanlı” verilişində qonaq olarkən deyib.

Sənətçi heç vaxt təmtəraqlı doğum günü keçirmədiyini, özəl günlərini yalnız ailəsi ilə birgə qeyd etdiyini bildirib. Müğənni bunun səbəbini belə izah edib:

“Niyə 500 nəfər adam yığım ki, ay camaat, gəlin, mən ad günü edirəm. Deyəcəklər, nə olub, acından ölürsən? Camaatın bu dəqiqə toya getməyə imkanı, salmağa pulu yoxdur. Ad günlərimi evimdə keçirirəm; övladlarıma deyirəm ki, oturun, ailə daxilində yeyib-için, kef edin. Mən hətta nəvələrimə kiçik toy (sünnət toyu) da etməmişəm. Belə şeyləri sevmirəm. Amma başqaları çağıranda məcbur qalıb gedirəm”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa