Paşinyan Azərbaycandan benzin ixracına dair razılaşmadan danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan benzin ixracına dair razılaşmanın təfərrüatlarını açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Onun sözlərinə görə, baş nazir müavinlərinin görüşü zamanı Azərbaycan Baş nazirinin müavini Azərbaycanın neft məhsullarının satışına hazır olduğunu bildirib: “Ermənistan hökuməti araşdırmadan sonra, bunu siyasi kampaniyaya çevirməyə meylli olmayan iş adamlarına bildirib. Biz belə bir fürsətin olduğunu dedik ki, onra deməsinlər ki, məsələn, hökumət bizi Azərbaycandan benzin almağa məcbur edir, biz isə almırıq.
İlk partiya zamanı boykot olub. Həmin benzini satmaqdan imtina edən şəbəkələr var idi, bu da o deməkdir ki, ilkin narahatlıqlarımız və qorxularımız doğru idi. İndi düşünürəm ki, bazarın və fürsətin hər kəs üçün açıq olduğu və istəyən hər kəsin bundan yararlana biləcəyi hər kəsə aydın olacaq”.
Baş nazir digər malların ticarəti ehtimalından da danışıb: “Hazırda Ermənistan və Azərbaycan arasında potensial malların siyahılarını, nəyi satmaq və almaqda maraqlı olduqlarını mübadilə edən proseslər mövcuddur. Proses hazırda davam edir. Xəbər olanda biləcəksiniz”.












