REJİMİN SÜTUNU ÇÖKDÜ: Xamneyidən xeyir-dua alan Ayətullahdan ETİRAZ- VİDEO
İran İslam Respublikasında etiraz dalğası hər gün daha da böyüyür.
Yenicag.az xəbər verir ki, İranın Ali Dini Lideri Seyid Əli Xamneyinin əlini öpərək “əmmamə” alan ayətullah ona və rejiminə lənət oxuyub. Adı açıqlanmayan “Ayətullah-əl-üzma” rütbəli şəxs etiraz aksiyasına qatılaraq İran rejimini sərt şəkildə tənqid edib:
“Bu insanlıq qatili olan cinayətkar hakimiyyətə qarşıyam. Ölkəmizə, dinə və xalqımıza zərbə vuran fitnə yaratdıqları üçün onlara etiraz edirəm. Bütün xalqa vacibdir ki, ayağa qalxsın və bu zalım, qatil hakimiyyətin kələyini kəssin! Allah Xomeyniyə və Xamneyiyə lənət eləsin! Allah İran rejiminə lənət etsin!”
Xatırladaq ki, İranda “Ayətullah” adını almaq üçün Məşhəd, Qum, Təbriz və Xorasan şəhərlərində yerləşən “hovze”lərdə (dini mədrəsə) 20 il ali dini təhsil almaq tələb olunur. Bu şəxslər “Ayətullah-əl-üzma” rütbəsini aldıqdan sonra rəsmi protokol qaydası olaraq Ali Dini Lider Xamneyinin əlini öpür və “əmmamə” qəbul edirlər.
Nurlan Cəfəri












