"Ukraynadakı xarici obyektlər qanuni döyüş hədəfi hesab ediləcək" - Zaxarova

media-hightechnic-468x90

Rusiya xəbərdarlıq edir ki, Qərb hərbi birləşmələrinin, hərbi obyektlərinin və digər infrastrukturlarının Ukraynada yerləşdirilməsi dərhal təhlükəsizlik təhdidi yaradan müdaxilə hesab ediləcək və onlar Rusiya silahlı qüvvələrinin qanuni hədəflərinə çevriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Zelenski ilə müvafiq üçtərəfli bəyanat imzalayan Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makronun izahatlarına görə, atəşkəsdən sonra London və Paris Ukraynada öz hərbi bazalarını yaratmağı və orada silah və hərbi texnika üçün saxlama yerləri tikməyi planlaşdırırlar”, – deyə diplomat qeyd edib.

O, Qərb ölkələrinin hərbi hissələrinin, hərbi obyektlərinin, anbarlarının və digər infrastrukturlarının Ukrayna ərazisində yerləşdirilməsinin xarici müdaxilə hesab ediləcəyini və bunun təkcə Rusiyanın deyil, həm də digər Avropa ölkələrinin təhlükəsizliyinə birbaşa təhdid yaradacağını vurğulayıb: “Bütün bu cür bölmələr və obyektlər Rusiya silahlı qüvvələrinin qanuni döyüş hədəfləri hesab ediləcək. Bu xəbərdarlıqlar dəfələrlə ən yüksək səviyyədə səsləndirilib və aktuallığını qoruyub saxlayır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa