Zərgərlik mağazalarında QADAĞA: Üzünü örtənlər içəri buraxılmayacaq

media-hightechnic-468x90

Hindistanın Bihar eyalətində təhlükəsizlik qaydalarına gözlənilməz və sərt dəyişiklik edilib. Bundan sonra üzünün böyük hissəsini burka, maska və ya kask ilə örtən müştərilərin zərgərlik mağazalarına girişi qəti şəkildə qadağan olunub.

Yenicag.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Ümumhindistan Zərgərlər və Qızıl Federasiyası (AIJGF) tərəfindən qəbul edilən bu qərar artıq eyalət daxilində qüvvəyə minib.

Son zamanlar bölgədə artan oğurluq və silahlı soyğun hadisələrinə qarşı görülən bu tədbir çərçivəsində bütün dükanların girişinə xəbərdarlıq elanları asılıb. Qərara əsasən, müştərilər içəri daxil olarkən üzlərini tam şəkildə göstərməli və kimliklərinin müəyyən olunmasına mane olan aksesuarları (kask, maska və s.) çıxarmalıdırlar.

Uygulamanın cəmiyyətdə birmənalı qarşılanmayacağını nəzərə alan rəsmilər məsələyə aydınlıq gətiriblər. Samastipur millət vəkili Şambhavi Çaudari (Shambhavi Chaudhary) bildirib ki, qadağa hər hansı dinə və ya kasta qarşı yönəlməyib:

“Bu, sırf təhlükəsizlik məsələsidir. Yasak yalnız burka və ya hicabla məhdudlaşmır; kask və üzü örtən hər növ geyim və əşya bura daxildir. Məqsədimiz həm müştərilərin, həm də satıcıların həyatını qorumaqdır”.

Zərgərlər assosiasiyası qeyd edib ki, qayda cinsindən asılı olmayaraq hər kəsə eyni dərəcədə tətbiq olunur. Şübhəli şəxslərin kameralar tərəfindən qeydə alınmasını asanlaşdırmaq üçün tətbiq edilən bu “açıq üz” rejimi Bihar eyalətindəki bütün mağazalarda məcburi olacaq.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa