Partlayışda yaralanan aparat rəhbəri ilə xanımı Türkiyəyə aparıldı

media-hightechnic-468x90

 

media-banner_tkm

4c721ccf-e1a8-40bc-95f8-98f6deb2d4d0 (1)Dünən Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alan “Azəravtoyol” ASC-nin əməkdaşı M.Qurbanov və həyat yoldaşı gecə Türkiyəyə aparılıb.

Bu barədə AzNews.az-a 5 nömrəli xəstəxananın yanıq şöbəsindən bildiriblər.

Xəstəxanadan verilən məlumata görə, M.Qurbanov və onun həyat yoldaşı Şəbruz Novruzovanın vəziyyətləri ağır olub: “Amma 12 yaşlı Leylanın vəziyyəti yaxşıdır. Buna görə onun Türkiyəyə aparılması məsləhət olunmadı. Hazırda Leyla xəstəxanadadır və müalicəsi davam etdirilir”.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində patlayış baş verib. Partlayış nəticəsində “Azəravtoyol” ASC-nin əməkdaşı M.Qurbanov, onun həyat yoldaşı yoldaşı Ş.Novruzova və qızı L.Qurbanova ağır dərəcəli yanıq xəsarətləri alıblar. Ailənin digər üzvü – 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasının dəyişib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05