Paşinan müxalifəti ƏLƏ ALDI – Qərbi Zəngəzurda onu BELƏ QARŞILADILAR
Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik (Qərbi Zəngəzur – red.) bölgəsinə səfəri zamanı o, vaxtilə müxalif mövqeyi ilə tanınan bələdiyyə sədrləri tərəfindən səmimi qarşılanıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Qafan şəhərinin meri Gevorq Parsyan, Gorusun icma rəhbəri Aruş Aruşanyan və Qacaran şəhərinin rəhbəri Manvel Paramazyan səfər boyu Paşinyanı müşayiət ediblər.
KİV-in məlumatına görə, cümə axşamı Qafanın “Karavan” restoranında təşkil olunan ziyafətdə də iştirak edən məmurlar arasında bölgənin qubernatoru, onun müavinləri, hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlar və digər bələdiyyə sədrləri də yer alıblar. Ziyafət gecə yarısına qədər davam edib. Daha sonra baş nazir Mehriyə yola salınıb və gecəni həyat yoldaşı ilə birlikdə “Central” hotelində keçirib.
Erməni nəşri qeyd edib ki, əvvəlki səfəri zamanı Qafan meri Gevorq Parsyan Paşinyanla qarşılaşmamaq üçün şəhərdə qalmamışdı. Bu dəfə isə o, Aruşanyan və Paramazyanın nümunəsinə əməl edərək səfərdə iştirak edib. Bildirilib ki, Parsyanın ailəsi ilə bağlı hüquqi araşdırmalar aparılmış və bu vasitə ilə hakimiyyət növbəti “itaətsiz” bələdiyyə başçısını öz təsiri altına almağa nail olmuşdu.
Rafi Müslümov