Paşinyan Əl-Əzhərin ali imamına Quran HƏDİYYƏ ETDİ - FOTO

media-hightechnic-468x90

Nikol Paşinyan Misirdə Əl-Əzhərin ali imamı Şeyx Əhməd Məhəmməd Əl-Taliblə görüşüb.

Yenicag.az erməni meiasına istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki gündür ki, Misirdə səfərdədir.

O, Əl-Əzhərin ali imamı Şeyx Əhməd Məhəmməd Əl-Taliblə görüşüb.

Nikol Paşinyan Əl-Əzhərin ali imamına Quranın 1719-cu ilə aid ilk surəsinin Matenadaranda saxlanılan nüsxəsini təqdim edib.

Əl-Əzhərin ali imamı Şeyx Əhməd Məhəmməd Əl-Talib dəyərli hədiyyəyə görə təşəkkür edib və dinlər vasitəsilə də tolerantlığın və sülhün möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Əhməd Məhəmməd Əl-Talib Matenadaranda saxlanılan ərəb əlyazmalarının sərgisini təşkil etməyə hazır olduğunu bildirib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600