!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”

!Reklam – Yazi

Son aylarda Ermənistanın iqtisadi fəallıq göstəriciləri əhəmiyyətli dərəcədə azalıb. Bu, əsasən, ölkənin iqtisadi artımının xarici amillərlə bağlı olması və həmin amillərin təsirinin zəifləməsi ilə əlaqədardır. Xarici təsirlərin azalması ilə artım inersiyası dayanıb, nəticədə, Ermənistan iqtisadiyyatı əvvəlki zəif vəziyyətinə qayıdıb. Ümumilikdə, bütün proqnozlar iqtisadi fəallığın azalması tendensiyasını göstərir. Məsələn, Dünya Bankı 2025-ci il üçün cəmi 5%, 2026-cı il üçün isə 4,6% artım proqnozlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Qəzet yazır ki, 2022-ci ildən başlayan sürətli iqtisadi artımın ölkənin daxili potensialını inkişaf etdirmək üçün istifadə olunması mümkün idi, lakin hər şey nəzarətsiz buraxıldı:

“Ermənistan iqtisadiyyatı xarici amillərdən asılı vəziyyətdə qalmağa davam edir, halbuki daxili resurslara əsaslanan sabit bir sistem qurulmalı idi. İqtisadiyyatın müstəqilliyi təmin olunmadığı halda Ermənistan hakimiyyətinin suverenlikdən danışması mənasızdır.

Təhlükəsizlik baxımından əsas istiqamətlərdən biri ərzaq təminatıdır, lakin bu sahədə heç bir təşəbbüs həyata keçirilməyib. Kənd təsərrüfatının inkişafı üçün hədəf proqramlar yoxdur və bu sahə gəlirsiz olduğu üçün insanlar artıq kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Ermənistan hazırda buğda tələbatının 90%-ni idxal edir, halbuki ölkə daxili istehsal üçün kifayət qədər resurslara malikdir. Digər tərəfdən, Qarabağın itirilməsi nəticəsində Ermənistan buğda və digər ərzaq məhsulları ilə təminatda əhəmiyyətli bir mənbəni itirdi”.

KİV əlavə edib ki, Ermənistanda ixrac böyük yer tutur:

“Əgər bunu çıxsaq, əsasən mis, molibden kimi metallardan və bir neçə kənd təsərrüfatı məhsulundan başqa heç nə qalmır. Halbuki Ermənistanın sovet dövründən istehsal və ixrac potensialı olub. İndiyə qədər misəritmə zavodunun tikintisi müzakirə olunsa da, bu istiqamətdə heç bir irəliləyiş əldə edilməyib. Sovet dövründə Ermənistanda texnoloji istehsal inkişaf etmişdi. İndi isə texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər, əsasən, xarici bazarlar üçün işləyir. Yerli şirkətlərin sayı azdır və onların bir qismi hətta xarici ölkələrdə qeydiyyata alınır. Eyni zamanda, ölkədə tikinti sektoru inkişaf edir, lakin tikinti materiallarının əksəriyyəti, hətta Türkiyədən belə idxal olunur. Bu məhsulların ölkədə istehsal edilib ixrac edilməsi mümkün olduğu halda, bu istiqamətdə işlər görülmür”.

Nəşrin fikrincə, Ermənistanda iqtisadi inkişaf üçün zəruri olan vergi siyasətinin yaxşılaşdırılması, sərmayələrin cəlb edilməsi, ixtisaslı mütəxəssislərin hazırlanması kimi məsələlərə diqqət yetirilmir:

“Hakimiyyət bu problemləri həll etmək əvəzinə simvolik və əhəmiyyətsiz fəaliyyətlərlə məşğuldur. Nikol Paşinyanın rəhbərliyi dövründə iqtisadi diversifikasiya istiqamətində ciddi irəliləyişlər əldə edilməyib. Ermənistanın iqtisadiyyatında Rusiyadan asılılıq daha da artıb. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 12 milyard dolları keçib. Əgər Rusiya bazarında problemlər yaşansa, Ermənistan iqtisadiyyatı bundan ciddi şəkildə təsirlənəcək. Hakimiyyətin bu asılılığı azaltmaq əvəzinə artırması ölkənin iqtisadi sabitliyini təhlükəyə atır”.

Rafi Müslümov

www.yenicag.az

76
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv