Paşinyan komandasını təmizləyir, müxalifət isə etiraza HAZIRLAŞIR – Sentyabrın 2-də...
Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ilə hazırlıq çərçivəsində komandasını yeniləməyə başlayıb. Məlumata görə, yaxın günlərdə kadr dəyişiklikləri təkcə hökumət kabinetində deyil, həm də bölgələrdə gözlənilir.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Paşinyan daha idarəolunan və nəzarətdə saxlanıla bilən şəxslərlə komandasını gücləndirməyə çalışır. Lakin ekspertlər hesab edir ki, kadr dəyişikliyi sistemli böhranı aradan qaldırmağa kifayət etməyəcək.
Ermənistan daxilində də vəziyyət gərgindir – müxalifət iddia edir ki, ölkədə siyasi motivli məhkəmə işləri davam edir və onlarca fəal yalnız hakimiyyəti tənqid etdiyinə görə həbsdə saxlanılır.
Müxalif qüvvələr sentyabrın 2-də özünü buraxmış qondarma rejimin “müstəqilliyi”nin elan edilməsinin ildönümündə genişmiqyaslı mitinq keçirməyi planlaşdırır.
Beləliklə, Paşinyan hakimiyyəti komanda yeniləməyə, müxalifət isə yeni etiraz dalğasına hazırlaşır. Cəmiyyət isə hələ də əsirlərin azad olunmasını, ədalətin bərpasını və dövlətin məsuliyyətli mövqeyini gözləyir.
Rafi Müslümov