“Paşinyan məhz bu səbəbdən Azərbaycan Prezidentinin sammitə gəlməsini istəyir” – İrəvan prosesləri SÜRƏTLƏNDİRİR?

media-hightechnic-468x90

“Sadalananların reallaşması üçün ilk növbədə bu il ərzində Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alan müddəalara düzəliş edilməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

media-1736335290_1727782599_eli

O, gələn il İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammitində Azərbaycanın iştirakını təhlil edib.

Politoloq bildirib ki, həmin sammitə qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması gündəmdə olacaq:

“Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanmasının tərəfdarı kimi görünməklə iki məqsədi reallaşdırmaq istəyir: ilk olaraq parlament seçkilərini nəzərə almaq lazımdır. Belə ki, əgər həmin saziş sammitin keçiriləcəyi vaxtdan öncə reallaşarsa, Paşinyan üçün xüsusi əhəmiyyət kəsb edən proses gerçəkləşəcək, yəni parlament seçkilərində reytinqi yüksək olacaq. Həmçinin bununla Prezident İlham Əliyevin sammitdəki iştirakı üçün maneə qalmayacaq”.

“Nəzərə almaq lazımdır ki, Azərbaycanın Cənubi Qafqazdakı aparıcı rolu və beynəlxalq müstəvidə əhəmiyyətli ölkə olması Avropa İttifaqı üçün İlham Əliyevin sammitdə iştirakını mühüm amilə çevirir. Paşinyan da məhz bu səbəbdən Azərbaycan Prezidentinin sammitə gəlməsini istəyir. Sadalananların reallaşması üçün ilk növbədə bu il ərzində Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alan müddəalara düzəliş edilməlidir. Əgər Paşinyan həqiqətən də sülh sazişinin, xüsusilə Ermənistandakı sammitə qədər imzalanmasını istəyirsə, prosesləri sürətləndirməlidir”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600