Paşinyan öz adamını nazir GƏTİRİR – Partiya daxilində çaxnaşma YARANDI
Ermənistanın keçmiş səhiyyə naziri, ötən gün isə deputatlıq mandatından istefa verən Arsen Torosyanın yenidən icra hakimiyyətinə qayıdacağı gözlənilir.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Baş nazir Nikol Paşinyan onu əmək və sosial məsələlər naziri vəzifəsinə təyin etməyi planlaşdırır.
Məlumatlara görə, bu məsələ hakim “Vətəndaş müqaviləsi” partiyasının daxilində ciddi müzakirələrə səbəb olub. Partiya üzvlərinin əksəriyyəti Torosyanı dəstəkləmir və onun həm parlamentdə, həm də təşkilat daxilində təcrid olunduğunu bildirirlər.
Qeyd olunur ki, Torosyan daha əvvəl Paşinyanın yaxın tərəfdarı kimi tanınıb, lakin müxtəlif korrupsiya şübhələri və daxili narazılıqlar səbəbindən hökumətdən uzaqlaşdırılmışdı. Buna baxmayaraq, Paşinyanın ona yenidən etimad göstərməsi diqqət çəkib.
Rafi Müslümov