Paşinyan Pekində keçiriləcək hərbi paradda iştirak edəcək

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyan Çinin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Çinə səfəri zamanı təkcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində deyil, həmçinin sentyabrın 3-də Pekində Çinin Yaponiya üzərində qələbəsinin 80 illiyi şərəfinə keçiriləcək hərbi paradda iştirak edəcək.

media-banner_tkm

Yenicag.az Report-a istinadən xəbər verir ki, bu barədə Çinin Ermənistandakı səfirliyində keçirilən qəbulda diplomatik missiyanın rəhbəri Li Sinvey bildirib.

Xatırladaq ki, daha əvvəl 31 avqust-1 sentyabr tarixlərində Çinin Tyantszin şəhərində keçiriləcək ŞƏT sammitində Ermənistanın Baş nazirinin də iştirak edəcəyi bildirilmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05