Ermənistanın Baş naziri Nikol Paşinyan təklif edib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın regional dialoq formatı qurulsun. O, həmçinin vurğulayıb ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmunu və keyfiyyəti dəyişməlidir.
Mövzu ilə bağlı Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, Paşinyanın irəli sürdüyü təklif öncə Azərbaycan tərəfindən irəli sürülmüşdü.
Politoloq qeyd edib ki, bu baxımdan Paşinyanın təklifi ilk deyil:
“Yaxşı olardı ki, Nikol Paşinyan populist bəyanatlar verməkdən çəkinsin və real işlərlə məşğul olsun. Dekabr ayında Azərbaycan və Ermənistan liderləri görüşməli idi və Ermənistanın Baş baziri Nikol Paşinyan sülh müqaviləsini imzalamalı idi. Lakin Paşinyan sülh müqaviləsini imzalamaqdan qaçdı və hazırda dünya ictimaiyyətini aldatmaqla məşğuldur. Əlbəttə ki, bu hal yolverilməzdir. Azərbaycan, Gürcüstan və Ermənistan formatı isə ilk dəfə olaraq rəsmi Bakı tərəfindən dəstəklənib və təklif edilib. 44 günlük müharibə bitəndən sonra rəsmi bakı sözügedən təkliflə çıxış etmişdi və bununla bağlı adekvat cavabın verilməsini gözləyir”.
Gülşən Şərif
www.yenicag.az