“Nəticə olaraq proseslərə qoşulacaq qrup Qarabağdan Ermənistana qaçan separatçılardır”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdan köçən separatçılara qarşı başlatdığı mübarizənin hansı zərurətdən yaranadığını şərh edən politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistandakı dayaq nöqtələri yəni Köçəryan və Sarkisyan, həmçinin Qarabağda separatizmi dəstəkləyənlərin əli ilə hər fürsətdən istifadə edərək, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışır.
“Lakin son seçkilərdə məlum oldu ki, nə Sarkisyanın, nə də Köçəryanın Ermənistanda dəstəyi yoxdur. Nəticə olaraq proseslərə qoşulacaq qrup Qarabağdan Ermənistana qaçan separatçılardır. Hazırda etiraz aksiyalarında aktiv iştirak edənlərin də məhz onlar olduğunu görürük”, – deyə politoloq bildirib.
Ətraflı videonu təqdim edirik:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az