!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan qarşıdurmadan QAÇIR – Aİ-yə üzvlük məsələsi GÜNDƏMDƏ

!Reklam – Yazi

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi hələ qeyri-müəyyən olaraq qalır, lakin bu gün parlamentdənkənar qüvvələrin təşəbbüsü ilə hazırlanan “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlanılması haqqında” qanun layihəsi Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyanın iclasında müzakirə olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” məlumat yayıb.

Qəzet yazır ki, müzakirədə Ermənistan Milli Məclisinin deputatları və təşəbbüs qrupunun nümayəndələri iştirak edəcəklər.

Nəşrin əldə etdiyi məlumata əsasən, hakim “Vətəndaş Müqaviləsi” (VM) partiyasının üzvləri təşəbbüsün irəliləməsi üçün “yaşıl işıq” yandırmağı, yəni müsbət rəy verməyi planlaşdırırlar. Bir neçə ay əvvəl Baş nazir Nikol Paşinyan referendumun keçirilməsinə qəti şəkildə qarşı çıxsa da, indi tamamilə fərqli bir mövqe nümayiş etdirir.

“Bəs VM üzvlərinin bu qəfil “dəyişimi” nədən qaynaqlanır? Hakimiyyətə yaxın mənbələrin fikrincə, ilk növbədə, hökumət seçkilər ərəfəsində parlamentdənkənar qüvvələrlə qarşıdurmaya girmək istəmir. Çünki bu təşəbbüsü irəli sürən qüvvələr seçkilərin nəticəsindən asılı olmayaraq Paşinyan üçün potensial müttəfiq ola bilərlər. Bu səbəbdən, Baş nazir təşəbbüsü rədd edərək onlarla düşmənçilik etmək istəmir. Bundan əlavə, hakimiyyətin digər hesablaması odur ki, xüsusilə müharibədən sonra cəmiyyətin böyük hissəsi Avropaya meyllənib. Bu prosesi başlatmaq isə onların mövqeyini gücləndirə bilər”, – deyə KİV əlavə edib.

“Hraparak” nəşri isə bildirib ki, Ermənistanı Aİ-yə üzv etmək istəyən Qərbpərəst qrup Milli Məclisə (MM) elə bir qeyri-peşəkar layihə təqdim edib ki, MM-in Ekspertiza və Təhlil İdarəsinin Hüquqi Ekspertiza Şöbəsi bu layihəyə mənfi rəy verib. Məlum olub ki, Avropa İttifaqına üzvlüklə bağlı referendum layihəsində hüquqi baza ilə bağlı ən sadə ifadə səhvlərinə yol verilib.

Layihə müəlliflərinə izah edilib ki, hüquqi akt nədir, qanun nə deməkdir və təqdim etdikləri layihə ilə Aİ-yə üzvlük məsələsində referendum keçirmək mümkün deyil. Çünki Aİ beynəlxalq təşkilatdır və ona üzvlük prosedurları Ermənistan Konstitusiyası və “Beynəlxalq müqavilələr haqqında” qanunun 15-ci maddəsi ilə tənzimlənir.

Ekspertiza və təhlil zamanı müəyyən edilib ki, layihədəki ifadələr birmənalı şəkildə başa düşülmür və ziddiyyətli şərhlərə yol açır:

“Layihənin məzmunu və təqdim etdiyimiz hüquq normasının xüsusiyyətlərinin müqayisəli təhlili nəticəsində qeyd etmək istəyirik ki, layihədə davranışın məcburi qaydaları nəzərdə tutulmayıb. Bu qaydalar klassik hüquqi normanın üç əsas komponentinə uyğun deyil, hüquqi dəqiqlikdən məhrumdur və dövlət məcburiyyəti ilə təmin olunmur.

Qanunlar, normativ hüquqi aktlar olaraq, yalnız davranışın məcburi qaydalarını nəzərdə tutur. Buna görə də, əgər layihə bu xüsusiyyətlərə uyğun olan davranış qaydalarını ehtiva etmirsə, onun “qanun” adlandırılması ilə bağlı ciddi problemlər yaranır.”

Xatırladaq ki, layihə bu gün MM-in Avropa inteqrasiyası məsələləri üzrə komissiyasının iclasında müzakirə olunacaq. Komissiyanın hökumətyönlü çoxluğu layihənin lehinə səs verəcək.

Rafi Müslümov

www.yenicag.az

68
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv