Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasının qarşısında – Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.
Yenicag.az xəbər verir ki, baş nazir çevrilişin qarşısının alındığını açıqlayıb.
“Çevriliş cəhdi artıq nəzarətimiz altındadır”, – o vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan yerli vaxtla 16:00-da meydana gələcəyini desə də, daha tez gəlib.