!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanı devirmək üçün təşkil edilən aksiyanın arxasında Rusiya durur? - RƏY

!Reklam – Yazi

“Aksiyanın keçirilməsi ilə bağlı planın arxasında Rusiya yoxdur”.

Bunu erməni mediasında yayımlanan Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün keçiriləcək aksiya xəbərini şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Paşinyanı devirsəydilər elə 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra devirərdilər:

“Seçki keçirildi və yenə əhalinin böyük hissəsi Paşinyana səs verdi. Əhalinin bir hissəsi hələ də onu dəstəkləyir. Küçəyə çıxan aksiyaçıların sayı elə də çox deyil. 3-5 mindən artıq olmaz. Ona görə də Paşinyanı devirməyə gücləri çatmadı.

Aksiyanın keçirilməsi ilə bağlı planın arxasında Rusiya yoxdur. Çünki Rusiya da anladı ki, küçəyə çıxacaq 3-5 min nəfərlə Paşinyanı devirə bilməzlər.

Etirazlar hər yerdə olur. Siyasi proseslərə təsir etmək üçün böyük güc lazımdır. Bizim aksiyalarda gördüyümüz iştirakçılar erməni əhalisinin əksəriyyəti deyil. Erməni əhalisinin çoxu evində yataraq, siyasi proseslərə qarışmır. Aksiya iştirakçılarının çoxu isə artıq illərdir küçələrdədir. Lakin istəklərinə nail ola bilməyiblər, Paşinyan isə hələ də olduğu yerdədir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

351
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv