Paşinyanın "ikili oyunu" və Moskvanın gizli planı: Rusiyayönümlü müxalifət niyə güclənir? – TƏHLİL

media-hightechnic-468x90

“Ermənistanda hakim partiya parlament seçkilərində qarşısına qoyduğu hədəflərə çatdı. Əldə olunan nəticə imkan verir ki, Paşinyan hökuməti təkbaşına formalaşdırsın. Amma seçkilərin nəticəsi həm də Rusiyayönümlü müxalifətin gücləndiyini deməyə əsas verir”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Əli Zülfüqaroğlu “proseslər göstərir ki, Rusiya Paşinyanın hakimiyyətdən getməsində maraqlı deyildi və buna görə də seçkilərin nəticəsinin Moskvanı qane etdiyini söyləmək mümkündür”,- deyə əlavə edib:

“Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Rusiya-Ermənistan arasında olan ticarət dövriyyəsi təqribən 7 dəfə artıb. Təkcə bu fakt Qərbyönümlü siyasətçi kimi tanınan Paşinyanın Rusiyaya sərf etdiyini deməyə əsas verir. Ona görə də düşünürəm ki, Rusiyaya Paşinyanın hakimiyyətdə qalması ilə yanaşı, eyni zamanda ona qarşı təzyiq kartları formnalaşdırmaq üçün güclü Rusiyayönümlü müxalifətin formalaşması da lazım idi. Nəticələr göstərir ki, Moskva buna da nail olub. Ona görə də Rusiyanın Paşinyana qarşı kəskin mövqedə olması ilə bağlı səsləndirilən fikirlərin əsaslı olmadığını düşünürəm”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05