!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın konstitusiya dəyişikliyi ÇAĞIRIŞI: “Ermənistan bu iddialardan vaz keçməlidir”

!Reklam – Yazi

“Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan konstitusiyasına düzəlişin edilməsinin vacibliyi ilə bağlı bəyanatına münasibət bildirən VI çağırış Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 2024-cü ilin əvvəlində Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, həmçinin delimitasita və demarkasiya prosesinin başlaması üçün müəyyən şərtlər səsləndirmişdi.

“Bu şərtlər anklav olmayan kəndlərin qeyri-şərtsiz geri qaytarılması, anklav kəndlərin isə yaradılan komissiya əsasında geri verilməsindən ibarətdir. Qısa müddət ərzində vasitəçilər olmadan aparılan danışıqlar öz bəhrəsini verdi və 4 kənd qeyri-şərtsiz Azərbaycana qaytarıldı. Hazırda isə digər kəndlərin geri verilməsi üçün yaradılan xüsusi komissiya bu sahədə fəaliyyətini davam etdirir. Delimitasiya və demarkasiya prosesi çərçivəsində irəliləyişin olduğu ilə bağlı hər iki tərəfdən rəsmi bəyanatlar səsləndirilib”, – deyə o bildirib.

N.Həmzəyev qeyd edib ki, sonuncu görüşlər zamanı İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının qarşısında duran əsas maneənin Ermənistan konstitusiyasında ərazi iddialarının mövcudluğu ilə bağlı olduğunu diqqətə çatdırıb.

“Ermənistan istər konstitusiyada, istərsə də qanunlarda müəyyən dəyişikliklər etməlidir. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməlidir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı öz mövqeyini bildirməli, aidiyyatı qurumlara rəsmi müraciət etməlidir. Belə olan təqdirdə, yaxın bir neçə ay ərzində sülh müqaviləsinin imzalanması mümkündür”, – deyə o əlavə edib.

O bildirib ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən konstitusiyaya düzəlişlərin edilməsinin vacibliyi ilə bağlı çağırışlar eşidilməkdədir.

“Bu, Ermənistanın Azərbaycanın şərtlərini yerinə yetirmək niyyətində olduğunun göstəricisidir. Vətən müharibəsinin qalibi olan Azərbaycan Ermənistanı əzmək, dalana dirəmək, daha çətinə salmaq siyasətini yürütməkdənsə, ona sülh əlini uzadır. Çətin də olsa, Ermənistan siyasi rəhbərliyi və erməni cəmiyyəti yeni reallıqları dərk edir”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

www.yenicag.az

708
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv