Paşinyanın partiyasında DAXİLİ ÇAXNAŞMA – Bir-birilərindən donos YAZIRLAR
Ermənistanda “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətinə seçkilər öncəsi partiya daxilində rəqabət getdikcə kəskinləşir.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, əvvəlcədən qərara alınsa da, İdarə Heyəti üzvlüyünə namizədlərin təbliğat materiallarını yalnız şəxsi “Facebook” səhifələrində paylaşmaları tələbi bəziləri tərəfindən pozulur. Bu isə qeyri-bərabər rəqabət mühiti yaradır.
Xüsusilə sosial şəbəkələrdə geniş auditoriyaya sahib nüfuzlu partiya üzvlərinin paylaşımları daha çox diqqət çəkir və beləliklə, digər namizədlərin imkanlarını məhdudlaşdırır.
Məlumata görə, irəli sürülən 42 namizəddən bir çoxu bu qaydanı zaman-zaman pozur və nəzarət orqanlarının diqqətinə düşür. İddiaya görə, namizədlər daha çox bir-birlərinə qarşı şikayətlər təqdim etməklə məşğuldurlar, nəinki real seçki kampaniyası aparmaqla.
Rafi Müslümov