!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın partiyasında XAOS DAVAM EDİR – Çatlar BÖYÜYÜR

!Reklam – Yazi

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” (VM) partiyasından qalmaqallı şəkildə xaric edilən Ovik Ağazaryanın iş otağında Nikol Paşinyanın fotosu hələ də divardan asılı vəziyyətdə qalır. Bu şəkil həm də bütün deputatların və məmurların iş otaqlarında mövcuddur.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, sözügedən məsələ ilə bağlı hakim fraksiyadan xaric olunmuş Ağazaryanla əlaqə qurmağa çalışıblar:

“Dünən jurnalistimiz Ağazaryana belə bir sual verib: “Niyə bu qədər hadisədən sonra Paşinyanın sizi divardan “səssizcə” izləməsinə icazə verirsiniz?”

Ağazaryan isə cavabında bildirib ki, bu, tamam başqa bir Paşinyandır, onun sevdiyi şəxsdir: “Bu, bugünkü Nikol Paşinyan deyil, dünənki Nikol Paşinyandır. Onun xarici görünüşü – saqqalı bunu sübut edir. Əgər kimsəyə mane olmursa, qoy burada qalsın”.

Qeyd edək ki, qəzetin hakim partiya daxilindəki mənbələrdən aldığı məlumata görə, partiyanın daxili siyasi kuluarlarında Ağazaryanın qurduğu yeni partiyanın proqram layihəsi aktiv müzakirə edilib. Bir neçə həftə əvvəl deputatın təqdim etdiyi layihə bəzi dairələrdə istehza ilə qarşılanıb və bildirilib ki, iqtidar artıq yeni və güclü müxalifətlə qaşrılaşıb.

KİV həmçinin onu da əlavə edib ki, hakim komanda daxilində daxili gərginliklər səngimək bilmir.

Belə ki, qəzetin fraksiyadaxili mənbəsinin sözlərinə görə, partiyanın rəhbərliyi Lusine Badalyanı Səhiyyə Komissiyası sədr müavini vəzifəsindən istefa verməməyə inandırmaqda çətinlik çəkir:

“Məlum olduğu kimi, Narek Zeynalyan mandatından imtina etdikdən sonra komissiya sədrliyi boş qaldı. Komissiyanın sədr müavini və Zeynalyanın yaxın dostu olan Lusine Badalyan yalnız onun vəzifələrini icra etməkdən imtina etməklə kifayətlənmədi, həm də sədr müavini vəzifəsindən istefa verdi.

Mənbələrimiz bildirir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbərləri uzun müddət Badalyanı bu addımı atmamağa, komanda daxilindəki problemləri və fikir ayrılıqlarını açıq göstərməməyə razı salmağa çalışıblar. Lakin Badalyan təkcə Zeynalyana dəstək üçün deyil, həm də başqa əsaslı səbəblərə görə bu qərarı verdiyini bildirib.

O, qeyd edib ki, artıq neçə ildir səhiyyə sahəsində əvvəlki və indiki nazirlərin səhiyyə sistemini məhv etməsinə qarşı mübarizə apardığını və indi Arsen Torosyanın rəhbərliyi altında işləməyi mümkün görmədiyini bildirib”.

KİV sonda xatırladıb ki, VM fraksiyası daxilində ilkin qərara görə, Lusine Badalyanın yerinə Ermənistan Milli Məclisinin Səhiyyə Komissiyası sədr müavini vəzifəsinə Gümrüdən olan Emma Palyan təyin olunacaq. Palyanın isə səhiyyə sahəsi ilə heç bir əlaqəsinin olmadığı bildirilir.

Rafi Müslümov

www.yenicag.az

89
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv