!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanla Ermənistan generalitetinin QARŞIDURMASI: “Hakim komandanın zəif olması və...” – ŞƏRH

!Reklam – Yazi

“Xatırlayırsınızsa, müharibədən sonra Baş Qərargahın sabiq rəisi də Paşinyanın əmrinə tabe olmurdu”.

Bu fikirləri Ermənistanın müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsi və onun yerinə baş nazirin müavini Suren Papikyanın təyin olunmasını şərtləndirən səbəbləri dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun fikrincə, müdafiə naziri vəzifəsinə cəmi iki ay yarım əvvəl təyin edilən Karapetyanın postundan uzaqlaşdırılması Ermənistanın siyasi və hərbi rəhbərliyi arasında qarşıdurmanın nəticəsidir:

“Bu ilk növbədə onunla bağlıdır ki, Paşinyan hələ də öz hakimiyyət komandasını istədiyi kimi formalaşdıra bilmir. Doğrudur, baş nazir olaraq, ölkənin müdafiə nazirinin təyin olunmasında onun mövqeyi əsasdır. Görünür, Arşak Karapetyan da vəzifədə olduğu müddətdə Paşinyanın tələblərinə cavab verməyib. Hər halda, Paşinyan onun fəaliyyətindən razı qalsaydı, vəzifədən çıxarmazdı.

Bilirsiniz ki, Ermənistanda hakimiyyətdə olan qüvvələr onları iqtidara gətirmiş siyasi və maliyyə mərkəzlərinin iradəsindən asılı vəziyyətdə olurlar. Bu sırada Paşinyan da istisna deyil. O baxımdan, Ermənistanda müdafiə nazirinin dəyişdirilməsi Paşinyana diqtə edən qüvvələrin istəyi əsasında baş verib.

Bu halın özü də Paşinyan hakimiyyətinin zəifliyinin, onun öz komandasına sahib çıxa bilməməsinin göstəricisidir. Digər tərəfdən, belə bir vəziyyətin yaranması onu göstərir ki, Ermənistanda Paşinyan haklimiyyətdə olsa da, başqa siyasi qüvvələrin də proseslərə müəyyən təsir imkanları var. Hətta işdən çıxarılan Karapetyanın məhz həmin qüvvələrin təsirinə düşdüyü üçün bu şəkildə cəzalandırıldığı da istisna deyil.

Xatırlayırsınızsa, müharibədən sonra Baş Qərargahın sabiq rəisi də Paşinyanın əmrinə tabe olmurdu, buna görə Ermənistanda çox ciddi böhran yaranmışdı. Fikrimcə, Paşinyanla Karapetyan arasında da analoji qarşıdurma yaşanıb”.

Qeyd edək ki, Arşak Karapetyan bu il avqustun 2-də Ermənistanın müdafiə naziri təyin edilmişdi.

A.Zeynalov

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv