Paytaxtda dəhşətli qəza

media-hightechnic-468x90

Qeza 141109..jpgPaytaxtda ağır yol qəzası baş verib.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, yol qəzası Buzovna-Maştağa yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Rəşad Yavər oğlu Nurullayevin idarə etdiyi 10-MC-085 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zabit Sərdar oğlu Mayılovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.

Qəza nəticəsində R. Nurullayev və sərnişini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Əliyev və “Renault” markalı avtomobildə olan sərnişin Telman adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər, Z. Mayılov isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaların pozduqda iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600