!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtda parkinq PROBLEMİ: "Bu dəyişikliklərə ehtiyac var" - Ekspertdən çıxış yolu

!Reklam – Yazi

Dayanma və durma qaydalarının pozulması ilə bağlı sürücülər barəsində elektron qərarların tətbiqi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Əgər bu dəyişiklik parlamentdə qəbul olunarsa, dayanma və durma qaydaları pozulduqda da kamera vasitəsilə foto və ya video çəkiliş edilməklə sürücü barəsində elektron qərar (sürət həddini aşma, qırmızı işıqdan keçmə və s. halında olduğu kimi) tərtib ediləcək.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, sürücülərin rahat hərəkətini təmin etmək üçün bir sıra dəyişikliklərə ehtiyac var:

“Bu gün paytaxt Bakıda və digər iri şəhərlərimizdə dayanma və durma qaydaları ilə bağlı müəyyən problemlər hələ də yaşanmaqdadır. Ona görə də vətəndaşlar bu problemlə bağlı sıx şəkildə BPİ-nin Dövlət Yol Polis İdarəsinə və Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edirlər. Əsas məsələ odur ki, şəhərin dayanma və durma qaydaları ilə bağlı konkret bir Baş Planı yoxdur. Şəhərə yaxın və ya ticarət mərkəzləri yerləşən ərazilərdə dayanma və durma nişanları qoyula bilməz. Lakin dayanma və durma qaydaları ilə bağlı bir şərait yaradılmalıdır ki, sözügedən ərazilərdə sürücülərin rahat hərəkəti təmin olunsun. Ən azından parkinq yeri olmalıdır və ya hansısa hündürmərtəbəli binanın birinci mərtəbəsi parkinq kimi istifadə olunmalıdır. Bundan başqa, digər yol hərəkəti qaydaları ilə bağlı dəyişikliklərə ehtiyac var. Bu halda sürücülər öz məsuliyyətlərini dərk edəcəklər. İnkişaf etmiş ölkələrdə yol hərəkəti qaydaları elektron sistem üzərində qurulub. Bu, nəqliyyatı intellektual idarəetmənin bir prinsipidir. Hesab edirəm ki, bu tətbiq ölkəmizdə də icra olunmalı və qanun təkmilləşdirilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

1720
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv