Pedofillər üçün yeni CƏZA ÜSULU: Kimyəvi yolla məcburi xədim etmə təklifi qanuniləşir

Rusiyada pedofiliyanın qarşısının alınması məqsədilə cəzaların sərtləşdirilməsi tələb olunur.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Anatoli Vıbornıy danışıb.

O,  bu məsələyə Kiselyovsk şəhərində 10 yaşlı 2 qızın seksual xarakterli cinayətlər törətmiş keçmiş məhbus tərəfindən zorlanaraq qətlə yetirilmələrini şərh edərkən toxunub:

“Biz seksual cinayətlərə görə cəzasını çəkmiş və ya məhkumluğu davam edən şəxslərin məhkəmə qərarı əsasında məcburi qaydada kimyəvi yolla xədim edilməsi müddəası üzərində işləyirik”.