Pelenin oğlu həbs edildi

media-hightechnic-468x90

Əfsanəvi braziliyalı futbolçu Pelenin oğlu Edson Şolbi Nasimentu (Edinyo) həbs olunub.

O, 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.

Qeyd olunub ki, 2014-cü ildə məhkəmə onun barəsində narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilərək 33 il müddətinə həbs qərarı çıxarmışdı. Ancaq apellyasiya şikayətinə baxıldığı üçün o, müvəqqəti azadlıqda olub.

Fevralın 23-də məhkəmə ittiham hökmünü tam təsdiqləyib və cəzanı yüngülləşdirərək 12 il 10 aya endirib. 46 yaşlı Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib: “Çox məyusam, çünki məni etmədiyim cinayətdə – çirkli pulların yuyulmasında ittiham edirlər”, – deyə o bildirib.

Yeniçağ.az

media-ziraat-728x90

Pelenin oğlu həbs edildi

media-hightechnic-468x90

edinyo_pele_191114Əfsanəvi futbolçusu Pelenin (tam adı Edson Arantis du Nasimentu) oğlu, daha çox Edinyo adı ilə tanınan Edson Şolbi Nasimentu narkomafiyanın pullarının yuyulmasına dair iş üzrə həbs edilib.

Bir qədər əvvəl məhkəmə Pelenin oğlunu narkotik ticarətindən əldə olunan pulların yuyulmasına görə 33 il müddətinə azadlıqdan məhrum edib. Bu iş üzrə San-Paulu məhkəməsi daha 3 nəfəri mühakimə edib. Mühakimə olunanların vəkilləri apelyasiya vermək niyyətində olduqlarını bildiriblər. Lakin ona baxılana kimi Edinyo azadlıqda qalacaqdı.

“Assoşieyted Press” agentliyinin məlumatına görə, çərşənbə axşamı məhkəmə Edinyonun azadlıqda qalmasına dair hökmü ləğv edərək onu həbs edib. Hakim Süzanna Pereyranın bəyan edib ki, müttəhim həbs olunmalıdır.

Edinyonun vəkilləri Braziliya mətbuatına bildiriblər ki, onlar müdafiə etdikləri şəxsin dərhal azad edilməsini tələb edəcəklər. Pelenin mətbuat xidməti qeyd edib ki, əfsanəvi futbolçu öz oğlunun həbsini şərh etmir.

Qeyd edək ki, bu işin araşdırılmasına hələ 2005-ci ildən başlanılıb. Edinyoya məşhur narkotik alverçiləri ilə əlaqələrdə və narkotiklərin ticarətində iştirakla bağlı ittiham irəli sürülür. O, özü bütün ittihamları qətiyyətlə rədd edir, yalnız narkotiklərdən istifadə etdiyini etiraf edərək onun satışında iştirakını inkar edir. Edinyo ötən əsrin 90-cı illərində atasının dünya şöhrəti qazandığı “Santos” klubunda oynayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600