Pensiyadan sonra növbə müavinətlərdədir? – Deputatdan AÇIQLAMA

media-hightechnic-468x90

Prezident İlham Əliyevin yeni sərəncamı ilə ölkə üzrə bütün növ əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu qərar minlərlə pensiyaçının gəlirlərinin yüksəlməsinə və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

media-banner_tkm

Pensiya artımından sonra ictimaiyyətdə yeni bir sual gündəmə gəlib: sosial müavinətlərlə bağlı da artım gözlənilirmi?

Son günlər sosial şəbəkələrdə məhz bu istiqamətdə müxtəlif iddialar yayılıb.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Elşad Musayev hazırda sosial müavinətlərin artırılması ilə bağlı konkret qərarın olmadığını bildirib.

media-1737817256_img-20250125-wa0076-1

Deputatın sözlərinə görə, əgər hökumət tərəfindən sosial müavinətlərlə bağlı hər hansı artım nəzərdə tutulsa, bu barədə ictimaiyyətə rəsmi qaydada məlumat veriləcək:

“Sosial müavinətlərlə bağlı hələ ki konkret yenilik yoxdur. Əgər gələcəkdə hökumətimiz hansısa artım qərarı verəcəksə, bu barədə məlumat veriləcək. Hələlik belə bir informasiya mövcud deyil”.

Elşad Musayev sosial şəbəkələrdə yayılan iddialara da münasibət bildirib. O qeyd edib ki, bu cür məlumatlar həqiqəti əks etdirmir və qərarvermə mexanizmi qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05