Pensiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilir

media-hightechnic-468x90

Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsini müzakirəyə çıxarır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Maddənin hazırki mətni isə belədir: “Əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur”.

Qanun layihəsi parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05