Pentaqon NATO hesabına Ukraynaya iki hərbi yardım paketini təsdiqlədi

media-hightechnic-468x90

Pentaqon prioritet ehtiyaclar çərçivəsində Kiyevə NATO ölkələrinin hesabına hər biri 500 milyon dollar dəyərində iki hərbi yardım paketini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon rəhbərinin müavini Elbric Kolbi hər biri 500 milyon dollarlıq iki partiyanı təsdiq edib.

Avqustun əvvəlində Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib ki, ABŞ və NATO alyans ölkələrinin könüllü töhfələri hesabına silahların sürətlə çatdırılmasını nəzərdə tutan yeni mexanizm işə salır./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa