Pentaqondan İrana xəbərdarlıq

media-hightechnic-468x90

10432ABŞ hökuməti İranın Yəmənə göndərdiyi və İran donanmasının da müşayət etdiyi humanitar yardım daşıdığı bildirilən gəmini yaxından izlədiklərini açıqlayıb.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, ABŞ rəsmi Tehrana gəmiləri donanmanın müşayəti ilə deyil BMT-nin vasitəçiliyi ilə Yəmənə göndərməyi tövsiyə edib.

Pentaqon rəsmisi Stiv Varren keçirdiyi mətbuat konfransında İranın humanitar yardım daşıyan bir yük gəmisini Yəmənə göndərməsinə münasibət bildirib.

“İran Şahid” adlı gəmini yaxından izlədiklərini bildirən Varren bunları söyləyib:

“İranlılar, bunun humanitar yardım gəmisi olduğunu bildirirlər. Əgər həqiqətən də belədirsə bunu Cibutidə qurulan BMT humanitar yardım mərkəzinin vasitəsilə etsinlər Bu yol yardımın Yəməndə ehtiyacı olanlara sürətli və effektiv çatmasını təmin edəcək.”

Varren həmçinin İranın bir neçə həftə əvvəl yardım yüklü olmadığını düşündükləri konvoyu bölgəyə göndərdiyini və bunun da təzyiqi yüksəltdiyini xatırlatdı.

Ağ Ev rəsmisi Coş Ernest də mövzunu təqib etdiklərini söyləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600