Pentaqonun kəşfiyyat rəhbəri vəzifəsindən azad edildi

media-hightechnic-468x90

ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonun Kəşfiyyat İdarəsinin rəhbəri general-leytenant Cefri Kruzu vəzifəsindən azad edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Qəzet yazır ki, hələlik general Kruzun dəqiq hansı səbəbdən vəzifədən azad edildiyi məlum deyil. Ola bilsin ki, o, sadəcə olaraq Heqsetin etibarını itirib. Pentaqon və Kruzun kəşfiyyat bölməsi bu xəbəri şərh etməyib. 

Qeyd olunur ki, Kruz milli təhlükəsizlik sistemində genişmiqyaslı kadr təmizləməsi nəticəsində tutduğu vəzifədən məhrum edilən sonuncu yüksək rütbəli hərbçi olub. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa