Pep Qvardiola Qəzzada baş verənlərdən DANIŞDI
“Manchester City”nin baş məşqçisi Pep Qvardiola Qəzza xalqına dəstək çağırışı edib.
Yenicag.az xəbər verir ki, Mançester Universiteti tərəfindən fəxri doktorluq dərəcəsi verilən ispan mütəxəssis çıxışında Qəzzada baş verən hadisələri dərin kədər verici adlandırıb. O, insan haqlarının müdafiəsinin ideologiya deyil, həyat sevgisi məsələsi olduğunu vurğulayıb.
Qvardiola bildirib ki, Qəzzada yaşananlar bütün insanlığı narahat etməlidir:
“Dördyaşlı oğlan və qız uşaqlarının bombalar nəticəsində öldürüldüyünü və ya xəstəxanada həyatını itirdiyini görürük”.
54 yaşlı məşqçi Qəzzada həyatları məhv olan uşaqların taleyinin insanlıq üçün utancverici olduğunu söyləyərək əlavə edib:
“Bu məsələ bizim işimiz deyil deyə düşünə bilərsiniz, amma diqqətli olun, növbəti dörd-beş yaşlı uşaqlar bizim uşaqlarımız olacaq. Qəzzada körpələrin başına gətirilən dəhşətli hadisələri gördükdən sonra hər səhər oyananda öz uşaqlarıma baxıram”.