Peruda 7.3 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Barrank şəhərindən 45 km şimalda qeydə alınıb.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.
***
Zəlzələ nəticəsində 3 nəfər ağır xəsarət alıb.
Bu barədə “Andia” agentliyi məlumat yayıb.
Bildirilib ki, təbiət hadisəsi nəticəsində yaşayış sahələri və infrastruktura ziyan dəyib.
www.yenicag.az