Peşəkar “Çövkən” Liqasının 4-cü turunun oyunları keçirildi

media-hightechnic-468x90

Novxanı Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar “Çövkən” Liqasının 4-cü turunun növbəti oyunları keçirilib.

Bu barədə Yenicag.az-a Atçılıq Federasiyasından məlumat verilib.

“Sərhədçi” və “Köhlən” komandaları arasında baş tutan mübarizə “Sərhədçi” komandasının 10-0 hesablı, “Embawood” və “Zəfər” komandaları arasında keçirilən günün ikinci oyunu isə “Zəfər” komandasının 6-1 hesablı qələbəsi ilə başa çatıb. 10 komandanın mübarizə apardığı Peşəkar “Çövkən” Liqasının 5-ci turunun oyunları avqustun 6-sı və 7-i keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa